Muxtəsər təfsir
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍ يَنقَلِبُونَ ﴿٢٢٧﴾
Şairlərdən yalnız iman gətirənlər, saleh əməllər işləyənlər, Allahı çox zikr edənlər və Həssən bin Sabit - Allah ondan razı olsun - kimi zülmə məruz qaldıqdan sonra Allahın düşmənlərindən intiqam alan şairlər müstəsnadır. Allaha şərik qoşmaqla və Allahın qullarına qarşı haqsızlıq etməklə həddlərini aşanlar qiyamət günü qayıdacaqları yeri mütləq biləcəklər. Onlar əzəmətli bir yerə və dəqiq haqq-hesaba dönəcəklər.