Muxtəsər təfsir
أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍ يَهِيمُونَ ﴿٢٢٥﴾
Ey Peyğəmbər! Məgər sən onların vadilərdə, birini yalandan onu mədh edib, digərini isə əbəs yerə məzəmmət edib və bəzilərinə də xoşa gəlməz adlar qoşaraq veyl-veyl gəzib dolaşdıqlarını görmürsənmi?