Muxtəsər təfsir
وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٢٢﴾
İsrail oğullarını kölə etdiyin bir halda, məni öz yanında saxlayıb, tərbiyə edib, böyüdərək mənə etdiyin yaxşılıq danılmaz bir həqiqətdir. Amma bu, heç də, mənim səni aləmlərin Rəbbi olan Allaha iman gətirməyə dəvət etməyə mane ola bilməz".