Muxtəsər təfsir
فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ ۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴿١٨٩﴾
Onlar Şueybi yalançı saymaqda davam etdilər və elə bu səbəbdən də böyük bir əzaba düçar oldular. Belə ki, qızmar günəşdən sonra başlarının üstünü bir bulud aldı və o bulud onların üzərinə onları yandırıb-yaxan od yağdırdı və beləliklə də məhv oldular. Həqiqətən, onların məhv edildikləri gün, çox dəhşətli bir gün idi.