Muxtəsər təfsir
فَكَذَّبُوهُ فَأَهْلَكْنَـٰهُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٣٩﴾
Onlar Hud - aleyhissəlam - peyğəmbəri yalançı saymaqda davam etdilər. Onların yalançı sayma səbəbi ilə Biz də onları hər şeyi qurudub məhv edən, xeyirsiz bir külək göndərərək məhv etdik. Hud qövmünün məhv edilməsində düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.