Muxtəsər təfsir
أُو۟لَـٰٓئِكَ يُجْزَوْنَ ٱلْغُرْفَةَ بِمَا صَبَرُوا۟ وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَـٰمًا ﴿٧٥﴾
Bu sifətlərə sahib olan kimsələr, Allaha ibadət etməkdə səbir etdiklərinə görə, Cənnətin ən uca təbəqəsi olan Firdovs cənnətindəki ən yüksək məqamlardan biri ilə mükafatlandırılacaq, onlar orada mələklər tərəfindən xeyir-dua ilə, salamla qarşılanacaqlar və orada bütün xəta-bəladan uzaq olacaqlar.