Muxtəsər təfsir
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلًا صَـٰلِحًا فَأُو۟لَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمْ حَسَنَـٰتٍ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا ﴿٧٠﴾
Lakin kim Allaha tövbə edərək, Ona iman gətirib və saleh əməllər edərsə, bu onun Allaha sidqi-ürəkdən tövbə etdiyinə dəlalət edər. Allah belə kimsələrin pis əməllərini savaba çevirəcəkdir. Allah, günahlardan tövbə edən qullarını bağışlayandır və onlara qarşı mərhəmətlidir!