Muxtəsər təfsir
وَقَالُوا۟ مَالِ هَـٰذَا ٱلرَّسُولِ يَأْكُلُ ٱلطَّعَامَ وَيَمْشِى فِى ٱلْأَسْوَاقِ ۙ لَوْلَآ أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ﴿٧﴾
Peyğəmbəri (sallallahu aleyhi və səlləm) təkzib edən müşriklər belə dedilər: "Diğər insanlar kimi yemək yeyən, ehtiyacını təmin etmək üçün bazarları gəzib dolaşan və sonra da özünün Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu iddia edən bu kimsə axı necə peyğəmbər ola bilər?! Məgər Allah onunla birgə, onun həqiqi peyğəmbər olduğunu təsdiq edən və bu işdə ona yardın edən bir mələk göndərilməli deyildimi?!"