×

الفرقان

Ayə 68

Muxtəsər təfsir

وَٱلَّذِينَ لَا يَدْعُونَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ وَلَا يَقْتُلُونَ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا ﴿٦٨﴾

Rəhmanın həqiqi qulları Allahla bərabər baş­qa ilaha dua etməzlər. Onlar Allahın öldürülməsinə izin verdiyi: qatilin, mürtədin və evli olduğu halda zina edən kimsələrin öldürülməsi müstəsna olmaqla, uca Allahın haram buyurduğu bir kimsəni haqsız yerə öldürməzlər və zina etməzlər. Kim bu böyük günahları edərsə, qiyamət günü işləmiş olduğu günahının cəzasını görəcəkdir.