Muxtəsər təfsir
وَعِبَادُ ٱلرَّحْمَـٰنِ ٱلَّذِينَ يَمْشُونَ عَلَى ٱلْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ ٱلْجَـٰهِلُونَ قَالُوا۟ سَلَـٰمًا ﴿٦٣﴾
Rəhmanın mömin qulları yer üzündə vüqarla və təvazökarlıqla gəzər, cahillər onlara qarşı xoşagəlməz bir hərəkət etdikdə isə onlara, onların etdiyi kimi eyni ilə qarşılıq verməzlər. Əksinə, onlara gözəl söz söyləyərlər və bu davranışlarından onlara qarşı cahilliyə yol verməzlər.