×

الفرقان

Ayə 40

Muxtəsər təfsir

وَلَقَدْ أَتَوْا۟ عَلَى ٱلْقَرْيَةِ ٱلَّتِىٓ أُمْطِرَتْ مَطَرَ ٱلسَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا۟ يَرَوْنَهَا ۚ بَلْ كَانُوا۟ لَا يَرْجُونَ نُشُورًا ﴿٤٠﴾

(Ey Peyğəmbər!) Sənin qövmündən haqqı yalan sayanlar -Şama getdikləri zaman- çirkin əməl sahibləri olduqları səbəbindən, insanların ibrət almaları üçün cəza olaraq göydən başlarına daş yağdırdığımız Lut qövmünün yaşadığı şəhə­rin ya­nından keç­mişdilər. Mə­gər onların gözləri kordur ki, həmin şəhəri görmürlər?! Xeyr, görürdülər, lakin on­lar öldükdən son­ra yenidən di­rilməyi və etdikləri əməllərə görə hesaba çəkilməyi düşünmürdülər.