Muxtəsər təfsir
ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌ فِى ٱلْمُلْكِ وَخَلَقَ كُلَّ شَىْءٍ فَقَدَّرَهُۥ تَقْدِيرًا ﴿٢﴾
Göylərin və yerin mülkü və hökmüranlığı yalnız Allaha məxsusdur. O, Özünə oğul götürməmişdir, Onun mülkündə və hökmüranlığında da heç bir şəriki yoxdur. O, bütün şeyləri Öz elminə və hikmətinə müvafiq olaraq yaratmış və hər bir məxluqu münasib bir şəkildə yaratmışdır.