×

الفرقان

Ayə 18

Muxtəsər təfsir

قَالُوا۟ سُبْحَـٰنَكَ مَا كَانَ يَنۢبَغِى لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَآءَ وَلَـٰكِن مَّتَّعْتَهُمْ وَءَابَآءَهُمْ حَتَّىٰ نَسُوا۟ ٱلذِّكْرَ وَكَانُوا۟ قَوْمًۢا بُورًا ﴿١٨﴾

Allahdan başqa ibadət edilənlər belə deyəcəklər: "Ey Rəbbimiz! Sən, Sənin ortağın və ya şərikin olmasından pak və mü­qəddəssən! Səndən başqa özümü­zə hima­yə­dar­lar götürmək bizə ya­raş­maz. Belə olduğu bir halda, necə ola bilər ki, biz Sənin qullarını, Səndən başqasına ibadət etməyə dəvət edək?! La­kin Sən bu müşriklərə və onlardan öncə atalarına, qəfildən onları əzabla yaxalamaq üçün o qədər dünya ləzzətlərində dadırıb, firavan həyat nəsib etdin ki, axırda onlar Səni yada salmağıda yaddan çı­xarıb, Səndən başqasına ibadət etdilər və beləcə azğınlıqları səbəbindən məhvə məhkum olun­muş bir qövmə çev­ril­di­lər!"