×

الفرقان

Ayə 11

Muxtəsər təfsir

بَلْ كَذَّبُوا۟ بِٱلسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا ﴿١١﴾

Onlardan nə haqqı tələb etdiklərinə nə də ki, dəlili araşdırmalarına dair bir söz çıxmadı. Onlar, hələ bu azmış kimi üstəlik Qiyamət gününü də ya­lan saydılar. Biz də Qiyamət gününü ya­lan sayan­lar­dan ötrü atəşi yan­dırıb-yaxan əzəmətli bir od ha­zırladıq.