Muxtəsər təfsir
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ﴿٦٤﴾
Bilin ki, yaratma, sahib olma və idarə etmə baxımından göylərdə və yerdə nə varsa hamısı, Uca Allaha məxsusdur. Ey İnsanlar! O sizin hansı əməl üzərində olduğunuzu çox yaxşı bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Qiyamət günü -öldükdən sonra dirildilərək Onun hüzuruna döndüyünüzdə- O sizlərə dünyada ikən etdiyiniz əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir. Göylərdə və yerdə heç bir şey Ona gizli qalmaz.