Muxtəsər təfsir
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُوا۟ مَعَهُۥ عَلَىٰٓ أَمْرٍ جَامِعٍ لَّمْ يَذْهَبُوا۟ حَتَّىٰ يَسْتَـْٔذِنُوهُ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ فَإِذَا ٱسْتَـْٔذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمُ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿٦٢﴾
İmanlarında sadiq olan möminlər yalnız Allaha və Onun Rəsuluna iman gətirən kimsələrdir. Onlar müsəlmanların ümumi bir işinə görə (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bir yerə toplandıqda, oradan ayrılmaq üçün ondan izin almadan oradan ayrılmazlar. Ey Peyğəmbər! Səndən ayrılıb getmək üçün izin istəyənlər, Allaha və Onun Rəsuluna həqiqi mənada iman gətirən möminlərdir. Əgər onlar bəzi işlərini həll etmək üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onların günahları üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah qullarından Ona tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir.