×

النور

Ayə 60

Muxtəsər təfsir

وَٱلْقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّـٰتِى لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَـٰتٍۭ بِزِينَةٍ ۖ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌ لَّهُنَّ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿٦٠﴾

Evlənmək istəyi qalmayıb, yaşlılıq səbəbindən heyzdən kəsilən və hamilə qalmaları da mümkün olmayan yaşlı qadınların, örtülməsi əmr olunduğu gizlində olan zinət yerlərini açmamaq şərti ilə, ayıb yer­lə­ri­ni gös­tər­mə­dən baş örtüklərini və üst geyimlərini soyunma­sında onlara günah yox­dur. Lakin daha iffətli və örtülü olmaları üçün baş örtüklərini və üst geyimlərini soyunmamaları on­lar üçün daha xeyir­lidir. Allah söylədiklərinizi eşidən­dir, əməllərinizi bilən­dir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.