Muxtəsər təfsir
إِنَّمَا كَانَ قَوْلَ ٱلْمُؤْمِنِينَ إِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٥١﴾
Aralarında hökm vermək üçün Allaha və Onun Rəsuluna çağırıldıqda möminlər ancaq: "Biz Allah Rəsulunun sözünü eşidirik və onun əmrinə itaət edirik!" – deyərlər. Dünyada və axirətdə nicat tapanlar da məhz bu sifətlərə sahib olan kimsələrdir.