Muxtəsər təfsir
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّن مَّآءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٤٥﴾
Allah yer üzündə gəzib dolaşan canlını bir qətrə nütfədən (spermadan) yaratmışdır. Onlardan bəziləri ilan kimi qarnı üstə sürünürək hərəkət edər, bəziləri insan və quş kimi iki ayaq üstündə gəzir, bəziləri də dördayaqlı heyvanlar kimi dörd ayaq üstündə gəzir. Uca Allah, zikir edilənlərdən və zikir edilməyənlərdən istədiyi canlıları yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Heç bir şey Onu aciz etməz!