Muxtəsər təfsir
رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَـٰرَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ ٱلْقُلُوبُ وَٱلْأَبْصَـٰرُ ﴿٣٧﴾
O kişilər ki, nə alış-veriş, nə də ticarət onları Allahı zikr etməkdən, namazı vaxtı-vaxtında, kamil bir şəkildə qılmaqdan, mallarının zəkatını, zəkata layiq insanlara verməkdən yayındırmaz və onlar Qiyamət gününün əzabından qorxarlar. Qiyamət günü, onların qəlbləri əzabdan qurtulmaq arzusu ilə əzaba düşmək qorxusu arasında çarəsiz bir halda qaldıqları və Qiyamətin dəhşətli mənzərəsindən gözlərin çevriləcəyi bir gündür.