×

النور

Ayə 35

Muxtəsər təfsir

ٱللَّهُ نُورُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّىٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَـٰرَكَةٍ زَيْتُونَةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُّورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَـٰلَ لِلنَّاسِ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿٣٥﴾

Uca Allah göylərin və yerin nu­rudur. O, orada olanları hidayət yoluna yönəldəndir. Uca Allahın möminlərin qəl­bində olan nurunun misalı, pəncərəsiz bir divarda içində çıraq olan bir taxçaya bənzə­yir. O çıraq işıldayan bir şüşənin için­dədir, şüşə isə, san­ki inci kimi parlayan, nuru ərtafa yayılan bir ulduzdur. Bu çıraq, mübarək bir ağacın yağından yandırılar. Bu ağac, səhər-axşam, daima günəş şüa­ları altında qalan mü­barək zey­tun ağacıdır. Onun yağı, özü­nə od to­xun­­masa da, parlaqlığı səbəbindən ətrafa sanki işıq sa­çır. Əgər ona od toxunsaydı, ətrafa gör necə parlaq içiq saçardı. Hidayət nuru ilə parlayan möminin qəlbi də belədir. Uca Allah istə­di­yi qulunu Qurana tabe olmağa müvəffəq edər. Uca Allah əşyaları, onun bənzərini misal çəkərək beləcə açıqlayar. Allah hər şe­yi biləndir. Ona heç bir şey gizli qalmaz.