Muxtəsər təfsir
ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلْمُؤْمِنِينَ ﴿٣﴾
Uca Allah, zinanın çirkin bir əməl olmasından dolayı, zinaya alışan bir kişinin ancaq özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir qadınla evlənmək istədiyini və həmçinin zinaya alışan bir qadının da özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir kişi ilə evlənmək istədiyini xəbər vermişdir. Həm zinakar qadınla evlənmək, həm də zinakar bir kişini evləndirmək möminlərə haram edilmişdir.