Muxtəsər təfsir
وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿١٨﴾
Uca Allah, hikmətlər və ibrətlərlə dolu ayələrini sizin üçün müfəssəl olaraq belə izah edir. Allah etdiyiniz əməllərdən xəbərdardır. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O, etiyiniz əməllərin qarşılığını sizə verəcəkdir. Allah, işlərində və şəri hökmlərində hikmət sahibidir.