Muxtəsər təfsir
أَمْ تَسْـَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿٧٢﴾
Ey Peyğəmbər! Yoxsa sən, gətirdiyin bu dinin qarşılığnda onlardan bir mükafatmı istədin ki, onlarda bu üzdən sənin dəvətini rədd etdilər?! Xeyr, sən əsla belə bir şey etmədin. Rəbbinin sənə verəcəyi mükafatı, onların və onlardan qeyrilərinin sənə verəcəyi mükafatdan qat-qat daha xeyirlidir. Çünki pak olan Allah ruzi verənlərin ən xeyirlisidir!