×

المؤمنون

Ayə 51

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَـٰتِ وَٱعْمَلُوا۟ صَـٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌ ﴿٥١﴾

Ey Peyğəmbərlər! Sizin üçün halal etdiyim ruzilərin xoş və dadlı olanından yeyin və şəriətə müvafiq olan saleh əməl edin! Şübhəsiz ki, Mən, etdiyiniz əməllərin hər birini yaxşı bilirəm. Belə ki, əməllərinizdən Mənə heç bir şey qizli qalmaz!