×

المؤمنون

Ayə 24

Muxtəsər təfsir

فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَـٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَـٰٓئِكَةً مَّا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ﴿٢٤﴾

Nuh qövmünün uca Allaha iman etməyib kafir olan zadə­gan­ları onlara tabe olub, onların ardınca gedənlərə belə de­dilər: "Özünün peyğəmbər olduğunu iddia edən bu kimsə sa­də­cə sizin ki­mi bir in­san­dan başqa bir şey deyildir. O özünün peyğəmbərlik iddiası ilə sizin üzərinizdə bö­yük­lük və hökmüranlıq etmək istəyir. Əgər Allah bizə bir elçi gön­dər­mək istəsəydi, bu zaman elçini heç də insanlardan deyil, əksinə, mə­lək­lərdən bir elçi göndə­rərdi. Biz heç onun iddia etdiyi bu dini, bizdən öncə gəlib-getmiş ata-babalarımızdan da eşitmə­mişik.