×

المؤمنون

Ayə 18

Muxtəsər təfsir

وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَسْكَنَّـٰهُ فِى ٱلْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَـٰدِرُونَ ﴿١٨﴾

Biz göydən nə həddən ziyadə yağıb sellərə, daşqınlara, nə də ki, az olub quraqlığa səbəb olacaq qədər, əksinə, ehtiyacınızı ödəyəcək qədər su endi­rdik və bu sudan insan və heyvanların ondan istifadə etməsi üçün onu yer üzündə yığıb saxladıq. Şüb­həsiz ki, Biz onu yox etməyə də qadirik. Əgər belə etsəydik, o zaman siz, bu sudan əsla faydalana bilməzdiniz.