Muxtəsər təfsir
وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ لَا بُرْهَـٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ ﴿١١٧﴾
Kim Allah ilə bərabər, ibadətə layiq olduğuna dair heç bir dəlil olmayan başqa bir məbuda ibadət edərsə (Allahdan başqa ibadət edilən hər bir məbudun durumu belədir) onun etdiyi bu çirkin əməlin cəzası Allah qatındadır. Onun cəzasını Allah Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər istədiklərinə nail olub, qorxduqları şeydən də nicat tapmazlar!