×

الحج

Ayə 77

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱرْكَعُوا۟ وَٱسْجُدُوا۟ وَٱعْبُدُوا۟ رَبَّكُمْ وَٱفْعَلُوا۟ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩ ﴿٧٧﴾

Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edənlər! Namaz qıldıqda, Uca Allahın rizasını diləyərək yalnız Onun üçün rü­ku və səc­də edin. Sədəqə vermək, qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi yaxşı işlər görün ki, bəlkə mətləbinizə yetişib, qorxduğunuz şeydən canınızı qurtarasınız!