×

الحج

Ayə 62

Muxtəsər təfsir

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَـٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿٦٢﴾

Uca Allahın gecəni gündüzə və gündüzü də gecəyə qatmasının səbəblərindən biri də Onun, dininin, vədinin və möminlərə yardım edəcəyinin haqq, müşriklərin Ondan başqa ibadət etdikləri bütlərin isə batil və əsassız məbudlar olduğu üçündür. Hə­qi­qətən, uca Allah zatı ilə bütün məxluqatı üzərində mütləq güc-güvvət sahibidir. O, əzəməti və cəlalı ilə ən uca və ən bö­yük­dür.