×

الحج

Ayə 52

Muxtəsər təfsir

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَـٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَـٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿٥٢﴾

Ey Peyğəmbər! Səndən öncə göndərilən hər bir elçi və hər bir peyğəmbər Allahın kitabından oxumaq istədiyi zaman, şeytan insanları çaşdırmaq üçün onun oxu­duğuna giz­licə vəsvəsə ver­mişdir. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxarmış və Öz ayələrini şeytanın müdaxilə edərək dəyişməsindən sabit saxlamışdır. Allah hər şeyi bi­lən­dir. Ona heç bir şey gizli qalmaz. O, yaratmaq, hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir.