×

الحج

Ayə 48

Muxtəsər təfsir

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ ﴿٤٨﴾

Küfr əməllərindən dolayı özlərinə zülm edərək zalım olan neçə-neçə məmləkət əhlinə, etdikləri günahlarda davam etsinlər deyə və onları gəfildən əzabımızla yaxalamağımız üçün onlara həmən əzab göndərməyib bir az möhlət ver­dim, son­ra da onları gözləmədikləri bir halda dəhşətli əzab­la yaxa­la­dım. Qiyamət günü onların dönüşü yalnız Mə­nədir! Mən onları dünyada ikən etdikləri küfrlərə görə əbədi bir əzabla cəzalandıracağam.