×

الحج

Ayə 40

Muxtəsər təfsir

ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَـٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌ وَصَلَوَٰتٌ وَمَسَـٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ﴿٤٠﴾

Onlar: "Rəbbimiz Allah­dır, bizim Ondan başqa bir Rəbbimiz yoxdur" – dediklərinə görə, günahsız ye­rə, kafirlər tərəfindən öz yurd­larından çıxa­rıl­dı­lar. Əgər Uca Allah peyğəmbərlərə və möminlərə, kafirlərə qarşı döyüşməyə izin verməsəydi, bu zaman o kafirlər ibadətgahları, rahiblərin məbədlərini, nəsranilərin kilsələrini, yəhudilərin ibadət etdikləri yerləri və müsəlmanların namaz üçün hazırlayıb içində Uca Allahı çox andıqları məscid­ləri da­ğı­ldıb, yerlə yeksan edərdilər. Şübhəsiz ki, Uca Allah Öz dininə və peyğəmbərinə yardım edənlərə, mütləq yar­dım edər. Həqiqətən, uca Allah Öz dininə yardım edənlərə yardım etməyə qadirdir. O, Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz.