×

الحج

Ayə 37

Muxtəsər təfsir

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَـٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ ۗ وَبَشِّرِ ٱلْمُحْسِنِينَ ﴿٣٧﴾

Kəsdiyiniz qurbanların ətləri və qanları Allaha çatmaz. Lakin Allaha yaxınlaşmaq məqsədi ilə Onun əmrinə tabe olub bu heyvanlardan kəsdiyinizə görə itaətinizdəki təq­va­nız Uca Allaha ça­tar. Uca Allah sizi haqqa yönəlt­di­yinə görə Onu uca tu­tub, Onun şəninə təkbirlər (Allahu-Əkbər) gətirəsiniz deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Ey Peyğəmbər! Rəbbinə ibadətində və insanlarla xoş müamilədə olan kimsələri onları sevindirəcək şeylərlə müj­dələ!