×

الحج

Ayə 34

Muxtəsər təfsir

وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِّيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَـٰمِ ۗ فَإِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٰحِدٌ فَلَهُۥٓ أَسْلِمُوا۟ ۗ وَبَشِّرِ ٱلْمُخْبِتِينَ ﴿٣٤﴾

Biz hər bir keçmiş ümmətə onların qurban kəsib Allaha yaxınlaşmaları üçün müəyyən bir qurban­gah təyyin etdik ki, Alla­hın onlara ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmin heyvanlardan qurban kəssinlər.Ey İnsanlar! Haqq olan məbudunuz təkdir. Onun heç bir şəriki və ortağı yoxdur. Elə isə siz yalnız Ona ita­ət edərək, boyun əyin. Ey Peyğəmbər! Allahdan qorxub ixlasla yalnız Ona ibadət edənlərə olanları sevindirəcək şeylərlə xəbər ver.