×

الحج

Ayə 2

Muxtəsər təfsir

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَـٰرَىٰ وَمَا هُم بِسُكَـٰرَىٰ وَلَـٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌ ﴿٢﴾

Qiyamətin qorxulu və dəhşətli anlarını gözlərinizlə görəcəyiniz gün, körpəsini əmizdirən hər bir qadın əmiz­dirdi­yi­ni unu­da­caq, qorxunun şiddətindən hər bir hamilə qa­dın bət­nin­dəkini vaxtından əvvəl sala­caqdır. O günün qorxusundan ağıllarının getdiyi üçün sanki sən insanları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar heç də şərab içdikləri üçün sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir. Elə bu əzabın şiddəti ağıllarını başlarından almışdır.