×

الحج

Ayə 18

Muxtəsər təfsir

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌ مِّنَ ٱلنَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ ۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ ۩ ﴿١٨﴾

Ey Peyğəmbər! Məgər göylərdə olan bütün mələklərin, və yer­də insan və cinlərdən mömin olan­la­rın, səmada olan günəşin, ayın, ul­duz­la­rın, yer üzərində olan dağların, ağacların, hey­vanların və bir çox insanların itaət edərək Uca Alla­h qarşısında boyun əyib səcdə etdiklərini və bir çox insanlarında Uca Allaha səcdə etməkdən imtina etdiyini bilmirsənmi?! Uca Allaha səcdə etməkdən boyun qaçıranlar, etdikləri küfrdən dolayı Allahın əzabına la­yiq olan kimsələrdir. Uca Allah kimi küfr və günahlarına görə alçaldarsa, heç kəs onu səadətə qovuşdura bilməz. Həqiqətən, Allah istə­di­yi­ni edər. Kimsə Onu əsla istəmədiyi bir işə məcbur edə bilməz.