×

الحج

Ayə 16

Muxtəsər təfsir

وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ ﴿١٦﴾

Sizə öldükdən sonra yenidən dirlməyi açıq-aydın dəlillərlə izah etdiyimiz kimi, Quranı da açıq-aydın dəlillərlə Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etdik. Şübhəsiz ki, Allah, Öz lütfü ilə is­tədiyi kəsi doğru yola yönəldər və müvəffəq edər.