×

الحج

Ayə 13

Muxtəsər təfsir

يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ ۚ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ ﴿١٣﴾

Bu kafir, zərəri həddindən artıq çox olan, xeyri isə heç olmayan bütlərə yalvarıb-yaxararaq ibadət edər. Zərəri xey­rin­dən daha çox olan məbud necə də pis bir məbuddur. Belə bir məbud, ondan yardım tələb edən kimsələr üçün necə də pis bir yardımçıdır və bu məbudlar, onları özünə ya­xın bir yoldaş edən kimsələr üçün necə də pis bir yol­daş­dır!