×
الأنبياءAyə 79

Muxtəsər təfsir

فَفَهَّمْنَـٰهَا سُلَيْمَـٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَـٰعِلِينَ ﴿٧٩﴾

Biz o məsələdə necə hökm vermək lazım olduğunu Davuda deyil, onun oğlu Süleymana başa saldıq. Biz, Davud və Süleymana - hər ikisinə peyğəmbərlik və şəriəti dərindən bilməyi bəxş et­dik. Biz bunu sadəcə Süleymana xas etmədik. Biz dağ­ları və quşla­rı Davudun ixtiyarına buraxdıq. Davud Allahın şəninə həmd-sənalar etdikdə onlarda Davudla bir­lik­də Allahın şəninə həmd-sənalar edərdilər. Biz bütün bunların hamısını anlatmaq, hökm və elm bəxş etmək və bəzi şeyləri onların ixtiyarına buraxmaq üçün belə etdik.