Muxtəsər təfsir
وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿٧٦﴾
Ey Peyğəmbər! Nuhun hekayəsini də yada sal! Belə ki o, İbrahim və Lutdan da əvvəl Uca Allaha dua etmiş, Biz də onun duasını qəbul edərək, istədiyini verib, onu və ailəsindən ona iman edənləri böyük qəm-qüssədən qurtarmışdıq!