Muxtəsər təfsir
وَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَـٰهُمُ ٱلْأَخْسَرِينَ ﴿٧٠﴾
İbrahimin - aleyhissəlam - qövmü onu oda atıb yandırmaqla ona qarşı hiylə qurmaq istədi, lakin Biz onların qurduqları bu hiyləni boşa çıxarıb onları məğlub və həlak olanlar etdik.