×
الأنبياءAyə 39

Muxtəsər təfsir

لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ ﴿٣٩﴾

Kaş ki, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər üzlərin­dən və kü­rəklərindən onları əhatə edən alovdan qa­çıb canlarını qurtara bilməyə­cəklərin və onları Allahın əzabından heç bir kimsənin kö­mək edə bilməyəcəyini biləydilər! Əgər onlar bunu bilsəydilər, Allahın əzabının tezliklə gəlməsini əsla istəməzdilər.