Muxtəsər təfsir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍ مُّعْرِضُونَ ﴿١﴾
İnsanların qiyamət günü əməllərindən dolayı hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onların başları dünyaya qarışdığı üçün onlar hələ də axirət həyatından qafil olaraq, üz çevirməkdədirlər.