×

طه

Ayə 97

Muxtəsər təfsir

قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَّن تُخْلَفَهُۥ ۖ وَٱنظُرْ إِلَىٰٓ إِلَـٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا ﴿٩٧﴾

Musa - aleyhissəlam - Samiriyə belə dedi: "Haydı çıx get! Sən həyatın boyu: "Mənə to­xun­ma­yın, mən də sizə toxun­ma­yım!" – de­yəcəksən. Daima tək tənha qalacaqsan. Qiyamət günü də sənin üçün hesaba çəkilib, əzab olunacağın bir gün vardır. Uca Allah bu vədindən əsla dönməz. İndi isə sən özünə Allahdan başqa məbud qəbul etdib, ona ibadət etdiyin buzova bax. Biz indi onu atəş içində əriyənə qədər yan­dı­racaq, sonra da onun külünü bir zərrə qədər qalmayanadək dənizə sovu­ra­cağıq!"