×

طه

Ayə 94

Muxtəsər təfsir

قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ ۖ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى ﴿٩٤﴾

Musa qardaşının etdiyini qınayaraq onun saçından və saqqalından tutub özünə tərəf çəkdikdə, Harun da ona mülayim şəkildə belə dedi: "Saqqalımdan və saçımdan tut­ma. Mənim onlarla birgə qalıb, sənin yanına gəlmədiyimə görə üzürüm var. Mən onları başlı-başına buraxıb sənin yanına gəldikdə, onların, öz aralarında parçalanmağından və sənin mənə: "Sən onların arasın parçaladın və sənə onlar barədə etdiyim vəsiyyətimi yerinə yetirmədin" – de­yəcəyindən qorxdum!"