×

طه

Ayə 90

Muxtəsər təfsir

وَلَقَدْ قَالَ لَهُمْ هَـٰرُونُ مِن قَبْلُ يَـٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ ۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَـٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى ﴿٩٠﴾

Musa qövmünün yanına qayıtmazdan əvvəl Harun on­lara belə de­mişdi: "Buzovun qızıldan düzəldilməsi və onun inək bö­yü­rtüsü kimi böyürüb səs çıxartması, bütün bunların hamısı aranızdakı mömini kafirdən ayırd etmək üçün bir sınaqdır. Ey qövmüm! Həqiqətən, sizin Rəb­biniz qullarına qarşı mər­hə­mət­li olan Allahdır. Rəbbiniz olan Allah, sizə fayda və zərər verə bilməyən və sizə mərhəmət göstərməyə qadir olmayan ilahlarınız kimi deyildir. Elə isə, tək Allaha ibadət etməkdə mənə ta­be olun və Allahdan başqasına ibadət etməyi tərk edərək əmrimə itaət edin!"