×

طه

Ayə 60

Muxtəsər təfsir

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ ﴿٦٠﴾

Firon, Musanın bu sözündən sonra arxasını çevirib oradan ayrıldı, sonra da bütün sehr­bazlarının hamısını toplayıb Musaya qalib gəlmək üçün əvvəlcədən təyin edilmiş vaxta, müəyyən edilən yərə gəldi.