×

طه

Ayə 40

Muxtəsər təfsir

إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ ۖ فَرَجَعْنَـٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَـٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّـٰكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَـٰمُوسَىٰ ﴿٤٠﴾

O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi. Həhayət sandığ sahilə yetişib, Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: "Sizə onun qay­ğı­sına qa­lacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək bi­risini göstə­rim­mi?" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sə­nin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da ey Musa! Sənin üçün müəy­yən olun­muş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin.