×

طه

Ayə 128

Muxtəsər təfsir

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَـٰكِنِهِمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ ﴿١٢٨﴾

Məgər müşriklərə özlərindən öncə məhv etdiyimiz ümmətlərin çoxluğu bəlli olma­dı­mı?! Bununla belə onlar, məhv edilmiş ümmətlərin diyarlarında gəzib dolaşır və onlara üz vermiş əzabın əlamətlərini öz gözləri ilə görürlər.Həqi­qə­­tən, bir çox ümmətlərin həlak edilib, onların diyarlarının yerlə yeksan edilməsində ağıl sahibləri üçün ibrətlər vardır.